Rəsmi Bakı etiraz edir: Rusiya XİN-dən Qarabağın statusuna dair açıqlama

18-11-2020, 16:45           
Rəsmi Bakı etiraz edir:
“Rəsmi Moskva ümid edir ki, rəsmi Bakının Dağlıq Qarabağın xüsusi statusunu müzakirəsindən imtinası regionda münaqişənin yeni dalğasına səbəb olmayacaq”.
Cebhe.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko deyib.
O, bunun yeni dalğaya gətirib çıxarmayacağına ümid etdiyini vurğulayıb.
Müxbirin “Dağlıq Qarabağın statusunun həlli üçün hansısa müddət varmı?” sualına cavabında nazir müavini “Xeyir, bunun müddəti yoxdur. Status məsələsi çox həssasdır”,- deyib.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev status məsələsinin bundan sonra müzakirə mövzusu olmayacağını deyib. Rusiya Prezidenti Vladimir Putin isə dünənki müsahibəsində status məsələsinin iki ölkənin münasibətləri tam qaydaya düşdükdən sonra həll oluna biləcəyini vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru