Yaxın günlərdə Paşinyanın yerinə namizəd müəyyənləşəcək
19-11-2020, 05:42

Ermənistan müxalifəti baş nazir Nikol Paşinyanın istefaya gedəndən sonra qurula bilən milli etimad hökumətinin başçısı vəzifəsinə namizədini elan edəcək. Bununla bağlı, bugün Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri, müxalif Vətən Partiyasının lideri Arthur Vanetsyan jurnalistlərə açıqlama verib.
Teref.az xəbər verir ki, bunu ADR sədri Qubad İbadoğlu yazır.
Daha sonra Qubad İbadoğlu yazır ki, sosial şəbəkələrdə erməni tərəfindən 4.750 ölü və itkin düşən barədə məlumat yayılıb
Ermənistan səhiyyə naziri Arsen Torosyan bugün jurnalistlərə məhkəmə tibbi ekspertizasından keçmiş ölən hərbiçilərin cəsədləri əsasında açıqlama verib ki, ikinci müharibədə 2 425 nəfər ölüb.
Onun sözlərinə görə, 250 cəsəd hələ müəyyənləşdirilməyib. Ermənistanın sosial şəbəkələrində erməni tərəfindən 4.750 ölü və itkin düşən barədə məlumat yayılmışdı. Erməni nazir bunu təkzib edib.
P.Ş. Ermənilərin bu barədə statistikası inandırıcı görsənmir. Sosial şəbəkələrdə dərc olunan məlumatlar daha gerçək görsənir. İstənilən halda ermənilərin itkiləri bizimkilərlə müqayisədə daha çoxdur. Müharibədə itkilər əhalinin artımına, orta ömür uzunluğuna, iş qüvvəsinin əmək qabliyyətli əhalinin xüsusi çəkisinə mənfi təsir göstərən faktordur. Bu ermənilərin sosial-iqtisadi durumunu daha da pisləşdirəcək.
Teref.az