Fransa tarixə gömülən qondarma “dqr”i tanıyacaq?

19-11-2020, 03:05           
Fransa tarixə gömülən qondarma “dqr”i tanıyacaq?
Artıq tarixə çevrilən qondarma “dqr”in müstəqilliyinin tanınmasına dair qanun layihəsi Fransa Senatına təqdim edilib.

Axar.az xəbər verir ki, bu barədə Senatın rəsmi saytında məlumat yayılıb.

Qanun layihəsi müxtəlif fraksiyaları təmsil edən 5 deputat – Bruno Retayo, Patrik Kanner, Erve Marsel, Elian Asassi və Giyom Qotar tərəfindən təqdim olunub.

Qeyd edək ki, ATƏT-in Minsk Qrupunun üzvü kimi bitərəf olmalı Fransa həddən artıq qatı ermənipərəst siyasəti ilə son günlər xüsusi seçilir. Buna görə də onun MQ-nin həmsədri mandatını daşıya biləcəyi şübhə doğurur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru