"düşməni yanıltmaq üçün verilən məlumatın 30 faizi yalan olmalıdır, amma bizdə məlumatların 100 faizi yalan idi”.- Erməni generalı

19-11-2020, 17:25           
"düşməni yanıltmaq üçün verilən məlumatın 30 faizi yalan olmalıdır, amma bizdə məlumatların 100 faizi yalan idi”.- Erməni generalı
Dağlıq Qarabağ müharibəsinin 5-ci günündə artıq 1 500 fərari var idi.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bunu Ermənistan silahlı qüvvələrinin sabiq baş qərargah rəisi, general-polkovnik Movses Akopyan deyib.

O bildirib ki, həmin fərarilər Ermənistana qayıdıb təşviş salmaması üçün Qarabağda təcrid olunmuşdu.

O əlavə edib ki, müharibə dövründə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatlar 100 faiz yalan idi:

“Müharibə dövründə belə bir qayda var: düşməni yanıltmaq üçün verilən məlumatın 30 faizi yalan olmalıdır, amma bizdə məlumatların 100 faizi yalan idi”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru