“Yeddi rayonu təhvil verməsək, Stepanakerti itirəcəyik”

29-11-2020, 03:55           
“Yeddi rayonu təhvil verməsək, Stepanakerti itirəcəyik”
Serj Sarkisyan 2016-cı ildə Qarabağ ətrafındakı 7 rayonun təhvil verilməsinə çağırıb və Stepanakertin (Xankəndi) itirilməsinin mümkünlüyü barədə xəbərdar edibmiş.



Bu açıqlama ilə Qarabağ separatçılarının "parlamenti"nin spikeri Artur Tovmasyan çıxış edib.



"2016-cı il Aprel müharibəsindən sonra Ermənistanın üçüncü Prezidenti Serj Sarkisyan və Dağlıq Qarabağın o zamankı başçısı Bako Saakyan yerli parlamentin 22 üzvü ilə görüşdülər. Serj Sarkisyan bizi 7 bölgənin təhvil verilməsi barədə razılıq verməyə çağırdı. Biz Madrid prinsiplərinin erməni xalqının köklü maraqlarını ifadə etmədiyini söylədik. O bildirdi ki, siz "Kars, Kars" mahnısını dəfələrlə dinləmisiniz və Madrid prinsiplərini qəbul etməkdən imtina etsəniz, o zaman bir gün "Stepanakert, Stepanakert" mahnısını eşidəcəksiniz. O, bunu qəfldən dedi", - Artur Tovmasyan InfoPort.am nəşrinə bildirib.



A.Tovmasyan 9 noyabrda Stepanakertin boş olduğu və Azərbaycan Ordusunun şəhərdən bir neçə kilometr məsafədə yerləşdiyi zaman Serj Sarkisyanın sözlərini xatırladığını etiraf edib.



Qeyd etmək lazımdır ki, Serj Sarkisyanın bəhs etdiyi mahnıda "Qars - erməni torpağıdır və sual səslənir ki, şəhər Ermənistanın tərkibinə nə vaxt qayıdacaq" deyilir.Virtualaz.org












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru