Tramp: "Avropanın Rusiyadan neft alması uzun çəkməyəcək" Bu gün, 07:54 "Avropa ölkələri Rusiya neftindən imtina etməlidirlər".Oxu.Az-ın RBK-ya istinadən verdiyi xəbərə görə, yenidən bu bəyanatla ABŞ Prezidenti Donald Tramp çıxış edib."Avropalılar Rusiyadan neft alırlar, bu olmamalıdır, düzdür? Fikrimcə, bu, çox uzun çəkməyəcək", - deyə o vurğulayıb.Tramp həmçinin ABŞ-nin NATO yanında daimi nümayəndəsi Mett Uitakerə müraciət edərək deyib:"Ey Mett, onlar (Avropa ölkələri - red.) Rusiyadan neft almağı dayandırmalıdırlar. Onlarla danış, zəhmət olmasa. Mett buna daha yol verməyəcək". Facebook-da paylaş