Gecikmiş kreditə nə qədər və hansı müddətdə cərimə tətbiq edilə bilər?

Bu gün, 07:34           
Gecikmiş kreditə nə qədər və hansı müddətdə cərimə tətbiq edilə bilər?
Kredit gecikmələrinə görə tətbiq edilən cərimələr bəzən ümumi borcun əhəmiyyətli hissəsinə çevrilir. Nəticədə vətəndaşın onsuz da ödəyə bilmədiyi kredit borcunun məbləği cərimə faizləri hesabına daha da artır.

Maraqlıdır, qanunvericiliyə əsasən, ödənişin gecikməsinə görə hansı miqdarda və müddətdə cərimə tətbiq edilə bilər?

TEREF Xəzər TV-yə istinadla xəbər verir ki, iqtisadçı Xalid Kərimlinin sözlərinə görə, əgər vətəndaş istehlak krediti götürürsə, bu halda gecikməyə görə maksimum 5 faiz əlavə cərimə təyin edilə bilər.

Onun sözlərinə görə, hazırda Mərkəzi Bankın uçot dərəcəsi 7 faizdir. Üzərinə 2 faiz əlavə edilməklə, biznes kreditlərində isə maksimum 9 faizə qədər gecikmə faizi tətbiq oluna bilər.

Ekspert, həmçinin qeyd edib ki, bütün cərimə şərtləri kredit müqavilələrində mütləq göstərilməlidir.

Yeri gəlmişkən, Mərkəzi Bankın bu ilin iyul ayının sonuna olan məlumatına əsasən, ölkədə kredit təşkilatlarının verdikləri borcların 529.4 milyon manatının ödəniş müddəti keçib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7 faiz və ya 34.7 milyon manat çoxdur.

Ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru