İspaniya La Liqası: "Barselona" rəqibinə şans vermədi VİDEO Bu gün, 08:06 İspaniya La Liqasında 5-ci turun "Barselona" - "Xetafe" matçına yekun vurulub.Oxu.Az xəbər verir ki, oyunda Kataloniya təmsilçisi 3:0 hesablı qələbəni bayram edib.15-ci dəqiqədə "Barselona"nın hücumçusu Ferran Torres yarımmüdafiəçi Dani Olmonun ötürməsi ilə hesabı açıb. Torres 34-cü dəqiqədə braziliyalı Rafinyanın ötürməsi ilə ikinci qolunu vurub. 62-ci dəqiqədə Olmo yekun hesabı müəyyən edib.Beləcə, "Barselona" xallarını 13-ə yüksəldib. Kataloniyalılar lider "Real Madrid"dən 2 xal geri qalaraq turnir cədvəlində ikincidir. "Xetafe" isə 9 xalla 7-ci yerdədir. Facebook-da paylaş