BMT TŞ-nin fövqəladə iclası bu tarixdə KEÇİRİLƏCƏK

Bu gün, 07:24           
BMT TŞ-nin fövqəladə iclası bu tarixdə KEÇİRİLƏCƏK
BMT Təhlükəsizlik Şurasının Rusiya “MiQ-31” qırıcılarının Estoniya hava məkanını pozması ilə bağlı fövqəladə iclası sentyabrın 22-də keçiriləcək.
Ajans.az xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyi məlumat verib.

Ölkənin xarici işlər naziri Marqus Tsaxna iddia edib ki, Təhlükəsizlik Şurasının daimi üzvü olan Rusiya BMT-nin bütün üzvlərinin təhlükəsizliyi üçün vacib olan prinsipləri pozur, buna görə də məhz bu dünya təşkilatının orqanının iclasında müzakirə keçirmək lazımdır.

Daha əvvəl Estoniyanın Baş naziri Kristen Mixal bildirmişdi ki, ölkə hakimiyyəti Rusiya qırıcılarının Estoniya hava sərhədlərini pozması ilə əlaqədar Şimali Atlantika Müqaviləsinin 4-cü maddəsinə uyğun olaraq NATO üzvləri ilə məsləhətləşmələr tələb edib.

Xatırladaq ki, Estoniya hakimiyyəti sentyabrın 19-u səhər saatlarında üç Rusiya “MiQ-31” qırıcısının onun hava məkanına daxil olduğunu iddia etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru