NATO Türkiyədən nümunə götürməyə çağırıldı NATO təyyarələri niyə Rusiya qırıcılarını vurmadı?

Bu gün, 08:24           
NATO Türkiyədən nümunə götürməyə çağırıldı NATO təyyarələri niyə Rusiya qırıcılarını vurmadı?
2015-ci ildə "Türkiyə göstərdi ki, Rusiya qırıcılarını vurmaq mümkündür və ruslar buna hərbi yolla cavab verməyəcəklər", – deyə Bundesver Universitetinin professoru Karlo Masala BILD-ə verdiyi müsahibədə bildirir. Həmin vaxt Türkiyə ordusu hava məkanını cəmi 17 saniyəlik pozan Rusiya təyyarəsini vurmuşdu. Masalanın fikrincə, NATO-ya da belə bir qətiyyət lazımdır ki, ruslar ümumiyyətlə hava məkanına daxil olmasınlar.
Lakin bu dəfə Rusiya MiQ-31-ləri vurulmadı. Bunun səbəblərindən biri odur ki, NATO hazırda Baltikyanı ölkələrin səmasında yalnız müşahidə missiyası həyata keçirir, müdafiə xarakterli deyil. NATO Hərbi Hava Qüvvələri səmanı mütəmadi patrul etmir, yalnız şübhəli bir şey aşkarlandıqda havaya qalxırlar. Bu da o deməkdir ki, saniyələr içində reaksiya vermək mümkün deyil.
"Radar ekranında sadəcə bir qara nöqtə görünür və bunun mülki, yoxsa idman təyyarəsi olduğu bəlli deyil. Yalnız təyyarədən cavab gəlmədikdə, NATO qırıcıları havaya qalxır. Onlar Rusiya MiQ-nin yanında uçaraq, ərazini tərk etməsini göstərirlər", – Masala izah edir.
Estoniya kəşfiyyatının sabiq rəhbəri Eerik-Niyles Kross isə digər bir məqama diqqət çəkir — sürətli reaksiya üçün milli hökumətlər və ya parlamentlər öz pilotlarına öncədən atəş açmaq səlahiyyəti verməlidirlər. Bu hadisədə havaya qalxan təyyarələr İtaliyaya məxsus idi, yəni atəş açmaq üçün İtaliya hökumətinin razılığı lazım idi.
Digər tərəfdən, Krossun fikrincə, bu halda buna ehtiyac yox idi:
"Aydın şəkildə düşmən niyyət görünmürdü. Amma bu o demək deyil ki, növbəti dəfə buna [Rusiya təyyarələrinin vurulması — red.] dair düşünməyəcəyik."
Professor Masalanın fikrincə, Estoniya səmasındakı insident — "şübhəsiz ki, Polşa üzərindəki Rusiya dronlarından (11 gün əvvəl baş vermiş hadisə) daha yüksək səviyyəli eskalasiyadır". NATO-nun bu məsələyə necə cavab verəcəyi tezliklə bəlli olacaq.
Bild.de
Azadlıq Qəzeti












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru