Böyük Britaniya Rusiyanın “Tu-142” təyyarələrini Şimal dənizi üzərində ələ keçirildiyini elan edib

29-11-2020, 07:20           
Böyük Britaniya Rusiyanın “Tu-142” təyyarələrini Şimal dənizi üzərində ələ keçirildiyini elan edib
Britaniya Hərbi Hava Qüvvələri ölkənin hava məkanının yaxınlığında uçan Rusiyanın “Tu-142” təyyarələrini tutmaq üçün “Tayfun” qırıcılarını şənbə günü Şotlandiyadakı Lossimut bazasından havaya qaldırıb.

“RİA Novosti” agentliyi xəbər verir ki, bu barədə Kral Hərbi Hava Qüvvələri məlumat yayıb.

“Böyük Britaniyanın Kral Hava Qüvvələrinin “Tayfun” qırıcıları İngiltərənin hava məkanı yaxınlığında, Şimal dənizi üzərindəki Rusiya hərbi təyyarələrini tutmaq üçün havaya qaldırıldı.

İki Rusiya “Tu-142” təyyarəsi tutulub”, - rəsmi məlumatda qeyd olunur.

Məlumatda həmçinin qeyd olunur ki, Rusiya döyüş təyyarələrinin Şimal dənizi üzərindəki bu sıx hava məkanında uçması təhlükələrə səbəb ola bilər.oxu/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru