Şaxray: SSRİ-ni o dağıtdı, mən deyil!

9-12-2020, 08:43           
Şaxray:
SSRİ-nin dağılmasında əsas günahkar Mixail Qorbaçovdur.

Axar.az xəbər verir ki, bu sözləri rusiyalı siyasətçi, Boris Yeltsinin müşaviri olmuş Sergey Şaxray deyib.

Şaxrayın sözlərinə görə, müqavilə yalnız SSRİ-nin dağılmasını rəsmiləşdirdi, lakin dağılmasının səbəbi o deyildi.

“Bu, təcili yardımla gələn həkimi mərhumun ölüm sənədini yazmaqda günahlandırmağa bənzəyir. Həkim hansı kağıza imza atdığını başa düşdümü?”

Şaxray bildirib ki, artıq 1991-ci ilin payızında SSRİ-ni qorumaq üçün bütün şanslar tükənmişdi:

"Bunun əsas səbəbi Sovet İttifaqı Kommunist Partiyasının 1 oktyabra qədərki sürətli süqutu idi. Bu prosesi Qorbaçov başlatdı. QKÇP-dən incimiş halda Forosdan Moskvaya gələrək baş katib vəzifəsindən istefa verdi. Və bütün vicdanlı kommunistlərə partiyadan çıxmağı təklif etdi".

Qeyd edək ki, RSFSR Ali Sovetinin Rəyasət Heyətinin üzvü, xalq deputatı, Yeltsinin müşaviri, Rusiya NK sədrinin müavini S.Şaxray Belovej müqaviləsinin (SSRİ-nin süqutu və Rusiya, Ukrayna və Belarus arasında MDB sazişi) hazırlanmasında və imzalanmasında iştirak edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru