“Azərbaycanla hansı diplomatik münasibətlərdən söhbət gedə bilər?!” - Erməni deputat

10-12-2020, 08:41           
“Azərbaycanla hansı diplomatik münasibətlərdən söhbət gedə bilər?!” - Erməni deputat
Andranik Köçəryana demək istəyirəm ki, o qədər ehtiyatlı və məsuliyyətli olun ki, biz əvvəlcə Ermənistanla Azərbaycan arasındakı sərhəd xəttinin haradan keçdiyini yüksək səviyyədə rəhbərlikdə aydınlaşdıraq, yalnız bundan sonra diplomatik münasibətlərdən danışaq.

Teleqraf.com xəbər verir ki, bunu bu gün Ermənistan parlamentində jurnalistlərə “İşıqlı Ermənistan” fraksiyasının deputatı Ani Samsonyan bildirib.

Qeyd edək ki, dünən Ermənistanın hakim “Mənim addımım” fraksiyasından deputat Andranik Köçəryan Azərbaycanla dialoqun başlamasının və diplomatik münasibətlər qurmağa çalışmağın lazım olduğunu bildirib.

Ani Samsonyan Andranik Köçəryanın bu açıqlamasına toxunaraq deyib:

“Əgər siz bu gün dövlət sərhədlərinizi qoruya bilmirsinizsə, əgər bu gün icmaların başçıları əllərinə silah götürüb sərhədlə məşğul olmalıdırlarsa, nədən söhbət gedə bilər?! Hər şeydən əvvəl sizin dövlətin yeni sərhədinin haradan keçdiyini anlayın. Bu hakimiyyət bunu hələ də başa düşə bilmir. İnsanlar oğullarını itiriblər, hansı diplomatik münasibətlər?!”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru