“Ermənistan MN-in dövlət sirri ilə bağlı əsaslandırması cəfəngiyat janrındandır”
7-01-2021, 00:04
“Ermənistanın dövlət sirri kimi təsnif edilən məlumatların siyahısını təsdiq etmək haqqında Ermənistan hökumətinin 13.03.1998 tarixli qərarına istinad etmək olar”.
Teref.az Ordu.az-a istinadən xəbər verir ki, bunu erməni ekspert Yervand Varosyan özünün “Facebook” səhifəsində yazıb.
“Ermənistan Müdafiə Nazirliyinin “itkilərimiz, yaralılarımız, itkin düşənlərimiz və əsirlərimiz haqqında məlumatlar dövlət sirridir” əsaslandırması, yumşaq dildə desək, Nikol cəfəngiyat janrındandır.
Üstəlik, Müdafiə Nazirliyinin bütün bölmələrinin səviyyəsi bu boşluğu doğuran hüquq idarəsi səviyyəsinə müqayisəolunandırsa, bu baxımdan da vəziyyətimiz acınacaqlıdır.
Nikolun kənarlaşdırılmasının və dövlətçiliyin bərpasının alternativi yoxdur, vəssalam”, - deyə o qeyd edib.