Birləşmiş Ştatlar Senatı prezident seçkilərinə dair müzakirələri bərpa etdi

7-01-2021, 06:20           
Birləşmiş Ştatlar Senatı prezident seçkilərinə dair müzakirələri bərpa etdi
ABŞ Konqresinin Senatı çərşənbə günü axşam ötən ilin 3 noyabrında keçirilmiş prezident seçkilərinin nəticələri ilə bağlı etirazçıların yaratdığı qarışıqlıqlara görə dayandırılmış müzakirələri bərpa edib.

“Report” xəbər verir ki, hazırda C-Span telekanalı qanunvericilərin müzakirələrini yayımlayır.

İclas Vitse-prezident Maykl Pensin çıxışı ilə başlayıb.

Çərşənbə günü ABŞ Konqresində Senat və Nümayəndələr Palatasının birgə iclası keçirilib. Qanunvericilər ötən ilin 3 noyabrında baş tutmuş prezident seçkilərinin nəticələrini təsdiq etməli idilər. Lakin müzakirələr səsvermənin nəticələrinə qarşı etiraz edən aksiyaçıların yaratdıqları qarışıqlıqlarla əlaqədar dayandırılıb.

Etirazçılar bir müddət sonra Konqresin binasına giriblər. Nəticədə hər iki palatada müzakirələr dayandırılıb.

Etirazçılarla polis arasında baş verən toqquşmalar zamanı aksiyaçılardan biri həlak olub, daha dörd nəfər yaralanıb. Ölən şəxs qadındır. ABŞ polisi azı 20 nəfəri qarışıqlıqlar yaratmaq ittihamı ilə saxlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru