Ermənistandan ŞOK İSTƏK: Muradovdan Bakıya gəlmək üçün təyyarə istədilər

7-01-2021, 07:18           
Ermənistandan ŞOK İSTƏK: Muradovdan Bakıya gəlmək üçün təyyarə istədilər
Ermənistan hökuməti Qarabağdakı Rusiya sülhməramlı dəstəsinin komandiri general-leytenant Rüstəm Muradovdan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyanın Bakıya səfərini təşkil etmək üçün təyyarə istəyib.

Publika.az xəbər verir ki, bu barədə Ermənistanın "Mediaport" teleqram kanalı Rusiya Müdafiə Nazirliyindəki mənbələrə istinadla məlumat yayıb.

Erməni tərəfi qeyd edir ki, təhlükəsizlik problemlərinin olduğundan Muradovdan 9, 10 və ya 11 yanvar tarixləri üçün Abazyana təyyarə verməsini xahiş ediblər.

News.am isə yazır ki, Rusiya tərəfi bu xahişi rədd etməsə də, səfərlə əlaqədar konkret bir tarixin niyə təyin olunmaması barədə izah tələb edib. Buna cavab olaraq, Ermənistan hökuməti rəsmi Bakının səfərin tarixini hələ dəqiqləşdirmədiyini bildirib.

Qeyd edək ki, ilk dəfə Abazyanın Bakıya gizli gələcəyi xəbərini keçmiş səfir Mikael Minasyan yaymışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru