Xankəndinə azərbaycanlıların köçürülməsi ilə bağlı VACİB AÇIQLAMA

7-01-2021, 11:49           
Xankəndinə azərbaycanlıların köçürülməsi ilə bağlı VACİB AÇIQLAMA
44 günlük Vətən müharibəsi Azərbaycan ordusunun şanlı qələbəsi ilə nəticələndi. Döyüş meydanında ağır məğlubiyyətə uğrayan Ermənistan ağ bayraq qaldıraraq təslim oldu. Nəticədə Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan Baş nazirinin iştirakı ilə üçtərəfli bəyanat imzalandı. Bugün hər kəsi maraqlandıran məsələ Xankəndi, Xocalı və Xocavəndə azərbaycanlıların nə zaman köçürüləcəyidir.

Bununla bağlı Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib ki, indiki vəziyyətdə azərbaycanlıların Xankəndinə köçürülməsi real görünmür. Son günlər Qarabağ ərazisindəki meşələrdə, yeraltı sığınacaqlarda gizlənmiş silahlı daşnak tör-töküntülərinin hücumları, erməni cəmiyyətindəki revanş tələbləri, Xarici İşlər naziri Ara Ayvazyanın Qarabağa qanunsuz səfəri və cinayətkar rejimin rəhbəri Araik Arutunyanla hansısa sənədləri imzalaması, problemin sülh yolu ilə həllinə mane olan amillərdir.

Ona görə də hadisələri qabaqlamaq yox, səbr və təmkinlə məsələləri yoluna qoymaq lazımdır. Onsuz da işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi, sərhədyanı rayonların məskunlaşdırılması kimi mühüm,həlli vacib məsələlər var ki, Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə hökumət ciddi şəkildə məşğuldur. İnanıram ki, azərbaycanlıların Xankəndinə köçürülməsi məsələsi gələcəkdə mərhələli şəkildə öz həllini tapacaqdır. Zaman Azərbaycanın xeyirinə işləyir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru