“Ermənistanın məğlubiyyətində Annanın gizli rolu olub” - Paşinyanın arvadına qarşı İTTİHAM

8-01-2021, 06:51           
“Ermənistanın məğlubiyyətində Annanın gizli rolu olub” -
“Anna Akopyan əri, Ermənistanın Baş naziri Nikol Paşinyandan daha vacib və əhəmiyyətli bir amildir”.

Teref.az “Novosti Armeniya”ya istinadla xəbər verir ki, bunu Vahid Ermənistan Partiyasının sədri Artur Kazinyan deyib.

Onun sözlərinə görə, de-yure dövlət başçısı vəzifəsini tutan şəxs əvvəllər, komanda məntəqəsində olan həyat yoldaşını oraya generallara mənəvi dəstək göstərmək üçün ezam etdiyini bildirmişdi.

“Elə yalnız bu məqamın özü hüquqi qiymətləndirmə tələb edir, çünki onun həyat yoldaşı komanda məntəqəsində olmaq hüququna malik deyildi”, – Kazinyan vurğulayıb.

Partiya sədri hesab edir ki, Anna Akopyan mütləq dindirilməlidir:

“Çünki Qarabağ müharibəsində erməni tərəfinin məğlub edilməsində onun gizli rolu olub”. virtualaz.org












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru