Trampın oğlu: "Dünya Amerikaya gülür, Mao, Lenin və Stalin isə gülümsünürlər”

10-01-2021, 03:06           
Trampın oğlu: "Dünya Amerikaya gülür, Mao, Lenin və Stalin isə gülümsünürlər”
ABŞ-ın hazırkı Prezidenti Donald Trampın oğlu, kiçik Donald Tramp hesab edir ki, Tvitter Amerikanın dövlət başçısının hesabını bağladıqdan sonra dünya Amerikaya gülür.

KONKRET.az xəbər verir ki, bu barədə o, Twitter-də yazıb.

“Dünya Amerikaya gülür, Mao, Lenin və Stalin isə gülümsünürlər. Böyük texnoloji şirkətlər Prezidenti senzura edə bilərlər?”— kiçik Tramp yazıb.

O, həmçinin söz azadlığının ölü olduğunu və ona “qüdrətli solçular” tərəfindən nəzarət edildiyini bildirib.

Xatırladaq ki, daha əvvəl Twitter rəhbərliyi “şiddətə daha çox təhrik etmə riski üzündən” Trampın hesabına girişi bloklayıb. Bundan sonra Trampın seçki qərargahının hesabı da bloklandı. Bütün bunlardan əvvəl isə onun Facebook, Instagram, Twitch və Snapchat səhifələri bloklanmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru