Baydenin komandasında yer alan keçmiş kəşfiyyatçını Azərbaycanla nə bağlayır?

11-01-2021, 10:44           
Baydenin komandasında yer alan keçmiş kəşfiyyatçını Azərbaycanla nə bağlayır?
ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Bayden və vitse-prezident Kamala Harris Ağ ev yanında Milli Təhlükəsizlik şurasının yeni üzvlərini elan ediblər.

KONKRET.az xəbər verir ki, Baydenin mətbuat xidmətinin yaydığı məlumata görə, yeni əməkdaşlar arasında Andrea Kendall -Teylor da var. O, Rusiya və Mərkəzi Asiya işləri üzrə direktor vəzifəsinə təyin olunacaq.

Andrea Kendall – Teylor keçmiş kəşfiyyat zabitidir və Milli Kəşfiyyat Agentiyinin Rusiya və Avrasiya üzrə idarəsində işləyib, habelə Mərkəzi Kəşfiyyat İdarəsinin baş analitiki olub. O, Xəzər ölkələri və regionun karbihidrogen ehtiyatlarının inkişafı üzrə dissertasiya işinin müəllifidir. 2011-ci ilin avqustunda Kendall-Teylorun da müəllifi olduğu “Caspian Energy Politics” adlı dissertasiya işində Xəzər regionunun üç əsas neft-qaz ixracatçısının-Azərbaycan, Qazaxıstan və Türkmənistanın karbohidrogen ehtiyatlarının rolunun, onun Rusiya və Çinlə münasibətlərə təsirinin analizi aparılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru