Şvartseneggerdən Trampa sərt sözlər

11-01-2021, 10:46           
Şvartseneggerdən Trampa sərt sözlər
Avstriya mənşəli ABŞ aktyoru, Kaliforniya ştatının 38-ci qubernatoru Arnold Alois Şvartsenegger Donald Trampı sərt şəkildə tənqid edib.

Open.az xəbər verir ki, Şvartsenegger Trampın ABŞ tarixində ən pis prezident kimi qalacağını bəyan edib. Bu barədə sosial media hesabından açıqlama yayan məşhur aktyor və keçmiş qubernator, son günlər ABŞ-da baş verən ixtişaşları pisləyib.

Trampın seçkilərin nəticəsini dəyişməyə çalışdığını deyən, yalan danışaraq dövlət çevrilişi etmək cəhdini pislədiyini söyləyən Arnold Şvartsenegger, "Lider kimi məhv oldu və tarixdə ən pis prezident kimi yadda qalacaq" ifadəsini işlədib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru