Şah Mahmud Qureyşi: “Pakistan Dağlıq Qarabağda atəşkəsi dəstəkləyir”

13-01-2021, 22:17           
Şah Mahmud Qureyşi: “Pakistan Dağlıq Qarabağda atəşkəsi dəstəkləyir”
Pakistan Dağlıq Qarabağda atəşkəsi dəstəkləyir.
Teref.az xəbər verir ki, bu barədə İslamabadda Pakistan, Türkiyə və Azərbaycan xarici işlər nazirlərinin İkinci Üçtərəfli Görüşündən sonra keçirilən mətbuat konfransında Pakistanın XİN başçısı Şah Mahmud Qureyşi bildirib.
O, Cammu və Kəşmir məsələsində nümayiş etdirdikləri mövqeyə görə Türkiyə və Azərbaycana təşəkkür edib.
XİN başçısı Kəşmirdə insan haqlarının pozulması barədə türkiyəli və azərbaycanlı həmkarlarını məlumatlandırdığını qeyd edib.
Şah Mahmud Qureyşi İslamabadda keçirilən üçtərəfli görüşün dövlətlər arasında mükəmməl olan əlaqələrin daha da inkişaf etməsinə səbəb olacağını vurğulayıb. (APA)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru