“Amnesty International” Ermənistanın dinc əhaliyə qarşı raket hücumları ilə bağlı yeni hesabat yayıb

14-01-2021, 16:09           
“Amnesty International” Ermənistanın dinc əhaliyə qarşı raket hücumları ilə bağlı yeni hesabat yayıb
64 yaşlı Ramiz Qəhrəmanov isə bildirib ki, raket hücumu zamanı onun 34 yaşlı qızı Xatirə, 11 yaşlı nəvəsi Orxan, 6 yaşlı nəvəsi Məryəm və 18 yaşlı nəvəsi Ləman həlak olub.

Hesabatda qeyd edilir ki, Ermənistan silahlı qüvvələri tərəfindən oktyabrın 27-də Bərdə rayonunun Qarayusifli kəndinin müxtəlif istiqamətlərdən kasetli raketlərlə atəşə tutulması nəticəsində evlərə böyük ziyan dəyib və həmin vaxt 5 mülki şəxs qətlə yetirilib, 14 nəfər yaralanıb. Ölənlər arasında həmin vaxt həyətdə oynayan 7 yaşlı Aysu İsgəndərova da olub.

Bildirilir ki, Ermənistan silahlı qüvvələri oktyabrın 28-də cəbhədən 20 kilometrdən çox məsafədə yerləşən Bərdə şəhərini bir neçə iriçaplı raketlərlə atəşə tutub. Atılan raketlərdən üçü şəhərin mərkəzinə, ikisi iki xəstəxananın yaxınlığına düşüb. Üçüncü raket - 72 ədəd qəlpəli təyinatlı 9N235 bombacıqlarından ibarət Rusiya istehsalı olan 9M55 “Smerch” raketinin şəhərin əhalinin sıx yaşadığı yerə düşməsi nəticəsində 21 mülki şəxs həlak olub.

Həmçinin diqqətə çatdırılır ki, münaqişə başladığı gün - sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Naftalan yaxınlığındakı Qaşaltı kəndinə artilleriya zərbəsi endirməsi nəticəsində Qurbanovlar ailəsinin 5 üzvü həlak olub və yaşadıqları ev dağılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru