Əvvəl bu səfərlərin nəticəsiz qalması bizi rahatsız edirdi, indi isə qoy Ermənistanı rahatsız etsin

14-01-2021, 18:33           
Əvvəl bu səfərlərin nəticəsiz qalması bizi rahatsız edirdi, indi isə qoy Ermənistanı rahatsız etsin
Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu son açıqlamasında deyib ki, “lazım gəlsə ATƏT-in Minsk Qrupu yenə də rol oynaya bilər”.
Çavuşoğlu və Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan son illər haqlı olaraq həmsədrləri tənqid edir, 25 ildə onların fəaliyyətinin yarıtmaz olduğunu vurğulayırdılar. Eyni açıqlamalar Bakıdan da səslənirdi. Ərdoğan son açıqlamasında onu da xatırladıb ki, Minsk Qrupunun 30 ildə uzatdığı problem Türkiyənin dəstəyi ilə 44 günə həll edildi.
Teref.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu yazır. daha sonra politoloq yazır:
Buna baxmayaraq, Ankara Minsk Qrupu formatından imtina edilməsini də lazım bilmir. Doğru yanaşmadır. Elə Azərbaycan prezidenti də həmsədrləri tənqid etsə də, bu formatdan imtina etməyi lazım bilmir. Müharibəyə qədər danışıqların getdiyi təxminən 26 ildə həmsədrlərdən tələbimiz o olub ki, Ermənistanın işğalına son qoysunlar, BMT-nin 4 qətnaməsini yerinə yetirsinlər. Etmədilər, 44 günə biz məsələni böyük ölçüdə həll etdik. Ona görə də bundan sonra Minsk Qrupundan artıq heç bir tələbimiz və gözləntimiz yoxdur.
Ancaq bu formatdan imtina da doğru olmazdı, bu halda böyük güclərin təzyiqi ilə üzləşə bilərik. Böyük güclər simvolik də olsa rollarını davam etdirmək istəyir, bu yolla oyundankənar vəziyyətdə qalmaq istəmirlər. Həmsədrlərdən imtina bizə lazım deyil. Gəlsinlər, getsinlər, biz isə öz işimizi davam etdirək, onsuz da status məsələsi yaxın illərdə həll olunmayacaq. 25 il heç bir nəticə əldə etməyən qurum qoy bir elə o qədər turistik səfərlərlə məşğul olsun. Əvvəl bu səfərlərin nəticəsiz qalması bizi rahatsız edirdi, indi isə qoy Ermənistanı rahatsız etsin.
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.