“Erməni xalqı 30 ildir bilirdi ki, Qarabağ Azərbaycan torpağıdır” - Paşinyanın köməkçisi

14-01-2021, 19:26           
“Erməni xalqı 30 ildir bilirdi ki, Qarabağ Azərbaycan torpağıdır” - Paşinyanın köməkçisi
“Erməni xalqı 30 ildir bilirdi ki, Qarabağ Azərbaycan torpağıdır”.

KONKRET.az xəbər verir ki, “Telegram”ın Ermənistan seqmentində yayılan məlumatlara görə, bu sözləri erməni əsgərlərin valideynləri ilə görüş zamanı Ermənistan baş naziri Nikol Paşinyanın köməkçisi Nairi Sarqsyan deyib.

Sözügedən açıqlama Ermənistanda geniş müzakirə mövzusuna çevrilib.

Bu açıqlamanı həm də Ermənistan cəmiyyəti tərəfindən tarixi həqiqətlərin və ədalətin qəbul edilməsi istiqamətində ilk qığılcım kimi də qiymətləndirmək mümkündür. İstər cəbhədə, istərsə də siyasi arenada ağır məğlubiyyətə düçar olmuş Ermənistanın hərbi-siyasi rəhbərliyi artıq həqiqəti etiraf etmək məcburiyyətində qalıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru