ABŞ-da Co Baydenin inauqurasiyasını pozmaq təhlükəsi yaranıb

15-01-2021, 07:04           
ABŞ-da Co Baydenin inauqurasiyasını pozmaq təhlükəsi yaranıb
ABŞ-da ultrasağ ekstremist qüvvələr Birləşmiş Ştatların yeni seçilmiş prezidenti Co Baydenin inauqurasiyasını pozmaq niyyətindədir.

Bu barədə “Report” “The Washington Post”a istinadən xəbər verir.

Hakimiyyət orqanlarının iddiasına görə, ABŞ-ın hazırkı prezidenti Donald Tramp tərəfdarlarının Kapitoliyə hücumu "ümummilli ekstremist hərəkatın hakimiyyətin yeni seçilmiş prezidentə ötürülməsini pozmağa və seçkilərin qanuniliyinə bir neçə ay, bəlkə də illər ərzində etiraz etmək qəzəbini stimullaşdırıb".

Rəsmi şəxslər Birləşmiş Ştatların paytaxtında, Kapitoliyə və ya Ağ Evə mümkün təkrar hücum, potensial zorakılıq aktları haqqında xəbərdarlıq edirlər. Bundan başqa, hüquq-mühafizə orqanları ekstremistlərin odlu silahdan və partlayıcı maddələrdən istifadə edə bilməsindən ehtiyatlanırlar.

Qeyd edək ki, bu inauqurasiya ilə bağlı yeganə xoşagəlməz xəbər deyil. Öz növbəsində Federal Təhqiqat Bürosunun (FTB) rəhbəri də Baydenin inauqurasiyası ərəfəsində zorakılıq təhlükəsi haqqında bildirib. Bu barədə isə “Reuters” məlumat yayıb. Federal Təhqiqatlar Bürosunun rəhbəri Kristofer Rey qeyd edib ki, inauqurasiya ərəfəsində Vaşinqtonda potensial zorakılıqlardan narahatdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru