Tramp Putin ilə danşıqları qeydə alan tərcüməçinin qeydlərini silibmiş

18-01-2021, 09:01           
Tramp Putin ilə danşıqları qeydə alan tərcüməçinin qeydlərini silibmiş
Donald Tramp hakimiyyəti dövründə sənədləşmənin saxlanması haqqında bütün qaydaları pozub, buna görə də bəzi tarixi faktların aydınlanmasında müəyyən boşluqlar yaranıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə respublikaçı siyasətçi çox zaman iş vaxtında dövlət sənədlərini ya cırıb, ya da onları bir kənara tullayıbmış. Öz şeflərinin zərərli vərdişindən təngə gələn administrasiya əməkdaşları sənədləri tikmək üçün saatlarla çalışmalı olublar.

“Ondan dəfələrlə bu hərəkəti kəsməyi xahiş etəsələr də bir faydası olmayıb”,-deyə Ağ Evin arxivlərinin analitiki Solomon Larti “Associated Press” agentliyinə danışıb.

Ən maraqlısı isə D.Trampın 2017-ci ildə Rusiya prezidenti Vladimir Putinlə Hamburqda apardığı danışıqlarda tərcüməçi kimi iştirak edən əməkdaşın bütün qeydlərini əlindən alması olub.

Doğrudur, bununla bağlı dövlət başçısını hələ ki hər hansı təhlükə gözləmir. Qanun prezidentə hansısa sənədin məhv eidlməsi zamanı milli arxiv idarəsi ilə məsləhətləşməyi tövsiyyə etsə də, bununla bağlı üzərinə məcburi öhdəlik qoymur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.