Ermənilərin hərəkəti vəhşilikdir - İranlı nazir

19-01-2021, 00:07           
Ermənilərin hərəkəti vəhşilikdir - İranlı nazir
Müharibə edən tərəflər adətən dini abidələrə toxunmurlar. Lakin ermənilərin Azərbaycan ərazisində etdikləri hərəkətlər təəssüf doğurur.

Teref.az xəbər verir ki, bu sözləri İranın iqtisadiyyat və maliyyə işləri naziri Fərhad Dəjpəsənd deyib.

O bildirib ki, işğal edilmiş Qarabağda məscidlərə qarşı edilən hörmətsizlik yolverilməzdir. Müasir dünyada belə hərəkətlər vəhşilik kimi qiymətləndirilməlidir.

Nazir diqqətə çatdırıb ki, İran işğaldan azad edilən rayonlarda məscidlərin bərpasına yaxından kömək göstərməyə hazırdır.axar.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru