Daha iki ölkə liderinin sosial şəbəkədəki hesabı bağlandı

20-01-2021, 08:26           
Daha iki ölkə liderinin sosial şəbəkədəki hesabı bağlandı
ABŞ prezidenti Donald Trampdan sonra Braziliya prezidenti Jair Bolsonaro və Hindistanın baş naziri Narendra Modinin də sosial şəbəkələrdəki səhifələri bağlanıb.
Teref.az xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” qəzeti məlumat yayıb.

COVID-19-dan ölənlərin sayına (210 328 nəfər) görə Braziliya ikinci yerdədir. Bu faciənin məsuliyyətinin Bolsonaronun daşıdığı bildirilir. Məsələ ilə bağlı etiraz aksiyası keçirən şəxslər onun istefasını tələb edir. Ölkəsində “tropik Tramp” adlanan Jair Bolsonaro sosial mediadan ən çox istifadə edən dövlət başçısı sayılır. O, koronavirusla peyvəndləməyə qarşı da təbliğat aparıb.

Modi isə mühacir müsəlmanlara qarşı qanun qəbul edildiyi üçün bu məhdudiyyətə məruz qalıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın “Twitter”, “Facebook”, “YouTube”, “Instagram” və “Snapchat”dakı səhifələri bağlanıb.

Suriyadakı rejimin başçısı Bəşşar Əsəd və Venesuelanın dövlət başçısı Nikolas Maduronun isə “Facebook” səhifələri fəaliyyət göstərir.bizimyol.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru