Rusiya Müdafiə Nazirliyi açıqlama yaydı

25-02-2021, 20:45           
Rusiya Müdafiə Nazirliyi açıqlama yaydı
“Dağlıq Qarabağda hərbi əməliyyatlar zamanı heç bir “İsgəndər” raket kompleksindən istifadə olunmayıb”.

Azpost.info bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Bizdə olan obyektiv və mötəbər, eyni zamanda obyektiv nəzarət sistemi tərəfindən təsdiq edilmiş məlumata görə, Dağlıq Qarabağda adıçəkilən “İsgəndər” raket kompleksi istifadə edilməyib”.

Rusiya MN –dən bildiriblər ki, raketin bütün hərbi ehtiyatı Ermənistan Silahlı Qüvvələrinin anbarındadır. Rusiya MN hesab edir ki, raket kompleksi ilə bağlı istifadə haqqında Ermənistanın baş nazirinə doğru məlumat verilməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru