"Son günlər ölkədə hərbçilərlə deputatlar arasında nifaq yaradılması məqsədilə..." - Deputat

28-02-2021, 09:29           
"Son günlər ölkədə hərbçilərlə deputatlar arasında nifaq yaradılması məqsədilə..." - Deputat
Milli Məclisin deputatı Etibar Əliyev hərbi qulluqçulara müraciət ünvanlayıb.

Pravda.az-ın xəbərinə görə, müraciətdə deyilir:

“Son günlər ölkədə hərbçilərlə deputatlar arasında nifaq yaradılması məqsədilə Azərbaycanın inkişafının əleyhinə olan insanalar (ünsürlər) planlı və düşünülmüş işlər aparırlar. Sizi əmin edirəm ki, hələ indiyə qədər nə Milli Məclisin rəhbərliyi, nə də deputatlardan kimsə Sizin maaşlarınızın azaldılması haqqında bir cümlə belə işlətməyib. Əksinə, Hərbçilərin yaşayış səviyyəsinin yüksəldilməsi, onlara qayğının artırılması isriqamətində bütün deputatlar hökumət qarşısında məsələ qaldırıblar. Mənim bütün yazılarıma və çıxışlarıma diqqət etsəniz, hərbçilərimizin maaşlarının azaldılması barədə bir cümləyə belə rast gələ bilməzsiniz. Biz 44 günlük Vətən müharibəsində əsgərin, şəhidlərimizin və yaralıların yanında olduq. «Beşinci kolon”un nümayəndələri və yelbeyin qaraguruhçular Vətən müharibəsindən əvvəl Dövləti bir qarış torpaq azad edə bilməməkdə suçlayırdılar. İndi torpaqlarımız işğaldan azad olunub. Leksikon dəyişib. Bunların beyinlərini manipulyasiya edənlər hərbçiləri gündəmə gətiriblər. Sizlərdən sui-istifadə etməyə çalışırlar. Ancaq bu baş tutmayacaq. Azərbaycan dövlətinin hərbçilərə münasibəti nümunəvi münasibətdir. Ölkə başçısı son çıxışlarının birində 11 min hərbçinin 2021-2025-ci illərdə mənzil və fərdi evlə təmin olunması məsələsi barədə danışdı. Bu cür qayğılar bizi də sevindirir. Ölkədə qarşıdurma yaratmağa meylli olan ünsürlər məqsədlərinə çata bilməyəcəklər.

Əziz hərbçilər!

Sizdən məslələrə soyuq başla və anlayışla yanaşmağı rica edirəm. Yenə də təkrar edirəm. Nə Milli Məclisin rəhbərliyi, nə də deputatlar Sizin maaşlarınızın azaldılması məsələsinə toxunub. Nə belə səs yazısı var, nə belə müsahibə var, nə də belə müəllif yazısı var. Bu dezinformasiyanı yayanlar ölkədə hərbçilərin heysiyyatına toxunmaq istəyən ünsürlərdir".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.