"Müharibə göstərdi ki, Dağlıq Qarabağ heç bir halda Azərbaycanın ola bilməz" - Qriqoryan

29-04-2021, 14:51           
"Müharibə göstərdi ki, Dağlıq Qarabağ heç bir halda Azərbaycanın ola bilməz" - Qriqoryan
Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan absurd bəyanatla çıxış edib

Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan absurd bəyanatla çıxış edib
Bu gün Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Tacikistanın Düşənbə şəhərində KTMT Təhlükəsizlik Şurası Katibləri Komitəsinin iclasında absurd bəyanatla çıxış edib.

Qazet.az-ın məlumatına görə, çıxış KTMT-ya üzv dövlətlərinin “təhlükəsizlik problemlərinə, təhdidlərinə və onların zərərsizləşdirilməsinə” yönəlmiş tədbirlərə həsr edilib.

Armen Qriqoryan 44 günlük müharibənin “Dağlıq Qarabağın heç bir halda Azərbaycanın tərkib hissəsi ola bilməyəcəyini açıq şəkildə göstərdiyini” qeyd edib.

“Keçən ilki müharibə açıq şəkildə göstərdi ki, Dağlıq Qarabağ heç vaxt Azərbaycanın bir hissəsi ola bilməz. İnanırıq ki, mövcud vəziyyətdə Qarabağa “Qurtuluş üçün Ayrılıq” prinsipi tətbiq olunmalıdır. Bu prinsip Qarabağın statusu həll olunana qədər bitmiş hesab edilə bilməyən Dağlıq Qarabağ münaqişəsinin həlli konsepsiyasının əsasını təşkil etməlidir”, - deyə Qriqoryan bu açıqlaması ilə özünü gülünc duruma salıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru