“Biz buna dözməyəcəyik” – Kreml sözçüsündən əsəbi açıqlama
29-04-2021, 14:54
"Kreml hazırda Çex Respublikasında, Bolqarıstanda və digər ölkələrdə törədilənlərə daha dözməyəcək. Rusiya beynəlxalq aləmdə bu məsələ ilə bağlı dəqiq mövqe nümayiş etdirir”.
Sfera.az RİA "Novosti”-yə istinadla xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib.
"Biz buna dözməyəcəyik, artıq dözmürük və öz mövqeyimizi açıq şəkildə nümayiş etdiririk”,- deyə o bildirib.
Eyni zamanda, Peskov Moskvanın Çex Respublikası, Bolqarıstan və Baltikyanı ölkələrlə yaxşı münasibətdə olmaq istədiyini, amma xarici dövlətlərin mürtəce münasibətinə dözməyəcəyini də vurğulayıb.