Ermənistan təcili mina xəritələrini verməlidir - Metyu Brayza

4-06-2021, 20:14           
Ermənistan təcili mina xəritələrini verməlidir - Metyu Brayza
Kəlbəcərdə azərbaycanlı jurnalistlərin minaya düşərək həlak olması Ermənistanın minalanmış ərazilərin xəritəsini təcili şəkildə təhvil verməli olduğunun daha bir nümunəsidir.

Bunu Trend-ə ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza deyib.

O, jurnalistlərin ölüm xəbərindən təəssüfləndiyini bildirib:

"Azərbaycan hökuməti minaları zərərsizləşdirmək üçün mümkün olan hər şeyi edir. Amma Ermənistanın bu xəritələri təhvil verməsi beynəlxalq humanitar hüququn tələbidir. Buna heç bir bəraət qazandırmaq olmaz. Bu, beynəlxalq humanitar hüququn pozulması deməkdir. Ümid edirəm ki, ATƏT Minsk qrupu və həmsədrlər, eləcə Avropa İttifaqı Ermənistanı həmin xəritələri təhvil verməyə çağıracaq"..












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru