NATO Moskva ilə Minsk arasındakı sıx əməkdaşlıqdan narahatdır

6-06-2021, 10:35           
NATO Moskva ilə Minsk arasındakı sıx əməkdaşlıqdan narahatdır
NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, ittifaq ölkələri Rusiya ilə Belarus arasında yaranan sıx əməkdaşlıqdan ciddi şəkildə narahatdır.

“Report” xəbər verir ki, bu barədə baş katib “Welt am Sonntag” qəzetinə verdiyi müsahibəsində bildirib.

Onun sözlərinə görə, NATO müdafiə ittifaqıdır: “Çox spekulyasiya etmək istəmirəm, amma biz aydın şəkildə Belarusda baş verənləri çox yaxından izləyirik. Əlbəttə ki, ittifaqın hər bir üzvünü qorumağa, Minsk və Moskvadan gələn hər cür təhdiddən müdafiə etməyə hazırıq”.

Yens Stoltenberq əlavə edib ki, Belarusdakı hadisələr NATO-nun Brüsseldə keçiriləcək sammitində müzakirə ediləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru