Ermənistanda mina xəritələrinin alınmasının iki yolu var - GƏLİŞMƏ

7-06-2021, 08:39           
Ermənistanda mina xəritələrinin alınmasının iki yolu var - GƏLİŞMƏ
"Ağdamda bir ailənin beş üzvü minaya düşəndə Ermənistan mediası belə bir manşet atmışdı: “Hələ çox öləcəksiniz”. Təkcə bu manşet bu ölkənin, bu millətin xarakterini izah edir".

"Sherg.az" xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı deyib.

Ekspert bildirib ki, Ermənistan sona qədər mina xəritələrini verməkdən imtina edəcək:

"Bu, təkcə qisasçılıq aktına yox, həm də hələ də niyyət olaraq saxladıqları işğal siyasətinə söykənir. İşğaldan azad edilmiş ərazilər nə qədər gec bərpa olunarsa, insanlar o torpaqlara nə qədər gec qayıdarsa, situasiyanın dəyişə biləcəyini, yenidən işğal edə biləcəklərini düşünürlər. Mümkünsüzdür, amma söhbət xəstə “böyük ermənistan” ideologiyası üçün hər şeyə əl atan millətdən gedir".

Analitikə görə, mina xəritələrinin alınmasının iki yolu var:

"Birincisi, məsələni beynəlxalq müstəvidə gündəmdə saxlamaq, hüquqi prosedurlarla təzyiq etməkdir. Rəsmi Bakı bu istiqamətdə işləyir, Avropa Məhkəməsinə yenidən şikayət etməyimiz də bunun davamıdır. Amma reallıq budur ki, dünya 30 illik işğal dövründə sərgilədiyi mövqedən fərqli heç nə etməyəcək. İkincisi, masada da, sahədə də güc tətbiq etmək, məcburetmə taktikasına keçməkdir. 30 illik işğal dövrü və müharibə də göstərdi ki, Ermənistanın anladığı yeganə yol budur".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru