Putindən ABŞ-a iki xoşagəlməz hədiyyə - Çin nəşri

7-06-2021, 09:18           
Putindən ABŞ-a iki xoşagəlməz hədiyyə -
Vladimir Putin və Co Baydenin görüşündən əvvəl Rusiya ABŞ-a iki xoşagəlməz hədiyyə təqdim edib.

Axar.az xəbər verir ki, bu barədə Çinin "Sohu" nəşri məqalə dərc edib.

"Birincisi, Rusiya dolları Milli Rifah Fondundan (FNB) çıxarmaq qərarına gəlib, söhbət onu qızıl və digər valyutalarla əvəz etməkdən gedir. Bu qərar Moskvanın ABŞ valyutasından asılılığını azaldacaq və Birləşmiş Ştatlar üçün problem yaradacaq", - məqalədə bildirilir.

Çinli ekspertlər hesab edirlər ki, sözügedən fondda avro payının artması Rusiyanın Avropa ilə münasibətlərinin inkişafına yardım edəcək.

"İkinci "hədiyyə": ABŞ-ın Havay adalarında raketdən müdafiə sisteminin sınağının uğursuzluqla nəticələnməsi Vaşinqton üçün xoşagəlməz xəbər olub. Bu hadisə Rusiya hərbi gəmisinin diqqət mərkəzində olub", - materialda qeyd olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru