Azərbaycandakı tarixi abidəmizi Serjik Sərkisyan bərpa etdirir?... - FOTO

7-06-2021, 11:26           
Azərbaycandakı tarixi abidəmizi Serjik Sərkisyan bərpa etdirir?... - FOTO
“Amaras monastır kompleksi Ermənistanın üçüncü prezidenti Serj Sərkisyanın rəhbərlik etdiyi “Luys” fondunun səyi ilə yenidən qurulur”.

Moderator.az xəbər verir ki, bu məlumatı sosial şəbəkədə terrorçu eks-prezidemt Serjik Sərkisyanın rəhbəri olduğu Respublika partiyası sədrinin müavini Armen Aşotyan yazıb.

A.Aşotyan bu cümləni sözügedən partiyanın da daxil olduğu "Şərəf duyuram" blokundan baş nazirliyə namizəd olan Artur Vanetsyanın Qarabağdakı separatçı-terrorçu rejimin Azərbaycan Respublikasının Xocavənd rayonunda yerləşən Amaras məbədi üzərindəki əski parçası yanında paylaşdığı fotolarını şərh edərkən qələmə alıb.

Xatırladaq ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri olan A.Vanetsyan iyunun 5-dən Laçın sərhəd-keçid məntəqəsindən keçərək Yuxarı Qarabağ torpaqlarımıza səfərə gəlib...

Bu günlərdə bütün ermənilərin katolikosu II Qaregin də Amaras məbədini ziyarət edib. Ermənilər mütəmadi olaraq Rusiya hərbi kontingentinin nəzarətində olan məbədə rus hərbçilərinin müşayiəti ilə qrup-qrup gəlirlər...

Qısa arayış:
Amaras - Xocavənd rayonunun Sos kəndi ərazisində yerləşən xristian monastırıdır. Azərbaycan ərazisində “alban” adlanan qədim xristian türk tayfalarının qoruyub saxladığı monastır Qafqaz Albaniyasında erkən xristianlıq dövründən çar Rusiyası tərəfindən Alban Həvari Kilsəsinin ləğv edilməsinə qədər ziyarət edilmiş ən müqəddəs məbədlərdən biri olmaqla, yaxın vaxtlara kimi yerləşdiyi ərazinin həm xristian, həm də müsəlman əhalisi tərəfindən müqəddəs hesab edilmişdir. Həmçinin Amaras ərazisi xristianlığın yayılmasından əvvəl də böyük dini mərkəz olmuşdur. Bu faktı ərazidə arxeoloji tədqiqatlar zamanı əldə edilmiş artefaktlar və bizim eranın I əsrinə aid məbəd qalıqları sübut edir.

P.S....












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru