"Bu nə deməkdir ki, deputatın yiyəsi yoxdur, polisin yiyəsi var?" - Milli Məclisdə GƏRGİN ANLAR...

3-08-2021, 12:08           
"Bu nə deməkdir ki, deputatın yiyəsi yoxdur, polisin yiyəsi var?" -
Deputat Tahir Kərimli Milli Məclisin iclasında çıxış edərkən həmkarı Eldəniz Səlimovun deputat toxunulmazlığından məhrum edilməsilə bağlı qərara fərqli münasibət bildirib.

O, qeyd edib ki, bir sıra hallarda polislə bağlı vətəndaşlardan şikayətlər alır: “İndi belə çıxır ki, polisin yiyəsi var, deputatın yiyəsi yoxdur”.

T.Kərimli baş vermiş hadisənin bu həddə çatmasına etirazını bildirib. Qeyd edib ki, hətta xəsarət faktı var idisə belə, məsələni sülh yolu ilə həll etmək olardı, tərəfdarı barışdırıb məsələyə son qoyula bilərdi.

T.Kərimlinin fikirləri spiker Sahibə Qafarova tərəfindən kəskin etirazla qarşılandı.

Bildirdi ki, belə bir çıxış onunçün gözlənilməz oldu: “Bu nə deməkdir ki, deputatın yiyəsi yoxdur, polisin yiyəsi var? Deputatın yiyəsi xalqdır. Şəxsən mən sizi kabinetimə dəvət edəcəyəm. Ortada səs yazısı var. Mən özüm kabinetdən çıxacağam və sizi 10 dəqiqəlik səs yazısına qulaq asmağa məcbur edəcəyəm! Ondan sonra görüm siz bundan sonra belə danışa bilərsiniz, yoxsa yox?!”
Musavat.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru