“Hazırda Azərbaycanla sərhədin delimitasiya və demarkasiyası üçün heç bir şərt yoxdur” - Ohanyan
4-08-2021, 17:12
“Hazırda Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyası üçün heç bir şərt yoxdur”
KONKRET.az erməni mətbuatına istinadən xəbər verir ki, bu fikirləri Ermənistanın müxalifət fraksiyasının rəhbəri Seyran Ohanyan səsləndirib. Onun sözlərinə görə, bu cür məsələlər sülh şəraitində, rəqiblər və düşmənlər qonşuya çevriləndə həll olunur. Hazırkı şəraitdə isə Azərbaycanla Ermənistan arasında bu cür münasibətlər müşahidə edilmir.
Ohanyan öz erməni xislətini nümayiş etdirərək Azərbaycanı Ermənistanın ərazilərinə girməkdə günahlandırır. Həyasızcasına qeyd edir ki, gələcəkdə azərbaycanlıların bu əraziləri tərk etməsi çətin olacaq. Ömür boyu özgə torpaqlarında gözü olan erməni millətinin nümayəndəsi anlamır ki, hazırda Ermənistan adlandırılan dövlət də məhz tarixi Azərbaycan torpaqlarında yaradılıb. İndi Azərbaycan hərbçilərinin demarkasiya prosesi nəticəsində nəzarət etdiyi ərazilər də, bizə məxsusdur.
Qeyd edək ki, mayın 12-dən etibarən Azərbaycan hərbçiləri demarkasiya və delimitasiya prosesi nəticəsində Zəngəzurun Qara Göl ətrafına nəzarəti həyata keçirir. Bundan başqa ordumuz Vardenis (Basarkeçər) yaxınlığındakı Geqarkunik bölgəsində də nəzarəti ələ alıb.