"Hizbullah" rəsmisi İranın göndərdiyi yanacağa münasibət bildirdi

25-09-2021, 17:36           
"Hizbullah" rəsmisi İranın göndərdiyi yanacağa münasibət bildirdi
Eastnews.org-un verdiyi xəbərə görə, "Hizbullah" hərəkatı baş katibinin müavini Şeyx Naim Qasim dünən verdiyi müsahibədə İranın Livana göndərdiyi yanacaq problemini dəyərləndirib.

Şeyx Naim Qasim "Hizbullah"ın köməyi ilə Suriya üzərindən ölkəyə gətirilən İran dizeli uzun müddətdir ölkəmizə tətbiq olunan ən əhəmiyyətli Livan mühasirəsini qırdı", - deyib.

Naim Qasim İranın göndərdiyi dizelin ABŞ-ın Misir qaz kəmərinin Suriyadan Livana keçməsini qəbul etməsinə səbəb olduğunu bildirərək, "Bu məsələ amerikalıları çaşdırdı və Livanla əlaqə qurmağın yolunu tapdılar", - ifadəsini işlədib.

Naim Qasim "Hizbullah"ın Livanda qurulduğu gündən etibarən bu ölkə daha da gücləndi", - deyib.

Mənbə: Al-Manar












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.