Saakaşvili: “Mən Putinin əsiriyəm” – Peskov cavab verdi

6-10-2021, 07:45           
Saakaşvili: “Mən Putinin əsiriyəm” – Peskov cavab verdi
“Kreml Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ətrafında gedən prosesləri “absurd tamaşa” hesab edir”.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Kremlin sözçüsü Saakaşvilinin Ukrayna Prezidenti Vladimir Zelenskiyə yazdığı məktubda özünü “Putinin əsiri” adlandırması ilə bağlı jurnalistin sualına belə cavab verib:

“Cənab Saakaşvili ilə bağlı heç bir şeyi şərh etməyəcəyik, çünki bütün bunlar “absurd tamaşadır”.

Saakaşvili bundan əvvəl Zelenskiyə məktub yazıb. Saakaşvili məktubunda özünü Rusiya lideri Vladimir Putinin “əsir”i adlandırıb. / teleqram.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru