İranlı nazirin səfəri öncəsi aktivlik – Blinken Lavrova niyə zəng edib?

6-10-2021, 13:19           
İranlı nazirin səfəri öncəsi aktivlik –
Vurğulanır ki, telefon danışığı ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub.
Rusiyanın Xarici işlər naziri Sergey Lavrov ABŞ-ın Dövlət katibi Entoni Blinkenlə telefonla danışıb. Sputnik Azərbaycan xəbər verir ki, nazirlər İranın nüvə proqramını müzakirə ediblər.
Bildirilir ki, tərəflər İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planını, həmçinin gündəlikdə olan bir sıra məsələləri müzakirə edib.
Vurğulanır ki, telefon danışığı ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub.
Qeyd edək ki, bu gün İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian Rusiyaya səfər edəcək. Rusiyanın Xarici işlər naziri Sergey Lavrov oktyabrın 6-da Moskvada Hüseyn Əmirabdullahianı qəbul edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru