Simonyanın erməni şeytanlığı: - "Türkiyədən torpaq qoparılıb Rusiyaya verilsin" - VİDEO
6-10-2021, 18:28

Rusiyanın “Rossiya 1” telekanalında yayımlanan "Vladimir Solovyovla Bazar Axşamı" verilişinin efirində tanınmış rusiyalı jurnalist və "Russia Today" telekanalının rəhbəri Marqarita Simonyan Türkiyənin şərqində yerləşən Ararat (Ağrıdağ) və Qarsın Rusiyayaya qaytarılmasını istədiyini açıqlayıb.
Qeyd edək ki, “Rossiya 1” telekanalında Türkiyə və Azərbaycanla bağlı dəfələrlə təxribatçı addımlar atılıb. Və hər zaman anti-Azərbaycan mövqeyi sərgiləyən Vladimir Solovyov, Marqarita Simonyan, eləcə də Rusiya Dumasının deputatı Vladimir Jirinovskinin də iştirak etdiyi verilişdə bu cür sərsəm bəyanatın səslənməsi təəccüb doğurmur.
Tarix boyu Türkiyə ilə Rusiya arasında istənilən gərginlik və qarşıdurma ermənilər üçün bəlkə də ən arzuolunan ssenari olub. Bu yolda sərf etdikləri çabalar sayəsində Cənubi Qafqazda özlərinə vətən qazanıb, regionda əvvəllər heç vaxt mövcud olmayan Ermənistan dövlətini qurublar. Bunun əksi, yəni Türkiyə və Rusiya arasında yaxınlaşma isə Ermənistanın kabusu sayıla bilər.
Qeyd edək ki, “Russia Today” telekanalını Rusiya dövləti maliyyələşdirir. Bu isə iki dövlət arasında diplomatik qalmaqala səbəb ola bilər. Çünki bu dəfə Türkiyə dövlətinə bir sıravi erməni, yaxud diplomatik əlaqələri olan Ermənistan deyil, Rusiya vətəndaşı və Rusiya dövlətinin maliyyələşdirdiyi “Russia Today” telekanalının rəhbəri ərazi iddiası irəli sürür. Ankara bu iddiaya diplomatik nota verərək reaksiya verə bilər.
Я, конечно, хочу вернуть Карс и Арарат. России. Которой они и принадлежали до позорного Карсского мира, когда они от России ушли. Я человек вполне себе имперского, российского сознания — я вообще хотела бы вернуть все.
— Маргарита Симоньян (@M_Simonyan) October 5, 2021