Rusiya üçün bütün regionlarda gərginlik onlara sərf edir. Çünki ruslar….

7-10-2021, 00:08           
Rusiya üçün bütün regionlarda gərginlik onlara sərf edir.
“İran və Azərbaycan arasında gərgin münasibətlərin olması Rusiya üçün məqbuldur. Ümumən Rusiya üçün bütün regionlarda gərginlik onlara sərf edir. Çünki ruslar belə gərgin durumlardan istifadə edərək və ortaya girərək “sülhməramlılığını” nümayiş etdirir, tərəfləri “barışdırır””.

Bunu hərbi analitik Azad İsazadə deyib.

Onun fikrincə, bu gərginlik Rusiyaya sərf etsə də, Türkiyəni narahat edir:

“Rusiya belə gərgin hallarda öz xidmətini-vasitəçiliyini təqdim edir. Özünü yaxşı tərəfdən göstərməyə çalışır. Bu mənada ruslara belə gərginlik sərf edən variantdır”.

Analitik qeyd edir ki, İran-Azərbaycan münasibətlərinin daha qaynar fazaya keçidi isə Rusiyaya da birmənalı olaraq sərf etmir:

“Məncə, bunu Rusiya arzulamaz. Amma gərginlikdən istifadə edərək nəsə qazanmağa çalışa bilər. Məsələn, səhv etmirəmsə İran xarici işlər nazirinin Moskva səfəri planlaşdırılır. Aydındır ki, onlar öz aralarında da müzakirələr aparacaqlar, çalışacaqlar ki, mövqelərini uzlaşdırsınlar. Amma aydındır ki, Azərbaycan vəziyyəti nəzarət altında saxlamağa çalışır. Əlbəttə, vəziyyət tam olaraq sabitləşməyib. Amma mənim ehtimalım budur ki, zamanla İran tərəfi geri çəkilməyə başlayacaq. Çünki iddialarının heç birinin əsası yoxdur”.
aktualinfo












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru