BMT Təhlükəsizlik Şurası noyabrda Əfqanıstan, Yəmən və Suriya ilə bağlı iclas keçirəcək

2-11-2021, 08:58           
BMT Təhlükəsizlik Şurası noyabrda Əfqanıstan, Yəmən və Suriya ilə bağlı iclas keçirəcək
BMT Təhlükəsizlik Şurası bu ay Əfqanıstan, Yəmən, Suriya və ümumilikdə Yaxın Şərqdəki vəziyyətlə bağlı iclaslar keçirəcək.

Trend -in məlumatına görə, bu barədə mətbuat konfransında Meksikanın BMT-dəki daimi nümayəndəsi, noyabrın 1-dən Təhlükəsizlik Şurasının sədri vəzifəsini icra edən Xuan Ramon de la Fuente Ramires bildirib.

Daimi nümayəndə bildirib: "Noyabrın 9-da bərabərsizlik və münaqişə ilə bağlı açıq debat keçiriləcək. Meksika prezidenti Andres Manuel Lopez Obrador sədrlik edəcək. Korrupsiyanın və qeyri-bərabərliyin münaqişələrə təsirinin vaxtında təhlil edilməsi [planlaşdırılır]. Bəyanatın qəbul edilməsinə ümid edirik".

Onun sözlərinə görə, noyabrın 16-da beynəlxalq sülh və təhlükəsizlik mövzusunda açıq debat keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru