Səudiyyə Ərəbistanı ABŞ-dan 650 milyon dollarlıq raketlər alacaq

5-11-2021, 07:49           
Səudiyyə Ərəbistanı ABŞ-dan 650 milyon dollarlıq raketlər alacaq
ABŞ Səudiyyə Ərəbistanına 650 milyon dollara 280 ədəd "hava-hava" raketi satmaq niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə Dövlət Departamentinin saytında yerləşdirilən bəyanatda deyilir.

“Dövlət Departamenti Səudiyyə Ərəbistanına təqribən 650 milyon dollar dəyərində orta mənzilli "hava-hava" raketləri və müvafiq avadanlığın mümkün satışını təsdiqləyib”, - məlumatda qeyd olunur.

Bildirilir ki, Səudiyyə Ərəbistanı ABŞ-dan 280 raket, 600-ə yaxın köməkçi avadanlıq satmağı xahiş edib. Vaşinqton, həmçinin Ər-Riyadı "596 LAU-128" reaktiv yaylım atəşi ilə təchiz edəcək

ABŞ administrasiyasının fikrincə, Səudiyyə Ərəbistanı orta mənzilli raketlər arsenalını artırmaqla hazırkı və gələcək təhdidlərə tab gətirmək qabiliyyətini gücləndirəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru