Ukrayna bu kəndi ələ keçirdi, faktlar var - Rusiya

5-11-2021, 08:06           
Ukrayna bu kəndi ələ keçirdi, faktlar var - Rusiya
Kiyevin silahlı təxribatları Donbasda davamlı sülhün əldə olunması imkanlarını sarsıdır.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Rusiyanın ATƏT yanında daimi nümayəndəsi Aleksandr Lukaşeviç çıxış edib.

"Kiyevin bu taktikası nizamlanmanı dalana dirəyir. Bu, Minsk razılaşmalarının həyata keçirilməsi perspektivlərinə zərərli təsir göstərir", - Lukaşeviç söyləyib.

Lukaşeviç qeyd edib ki, Kiyevin daimi nümayəndəsinin qoşunların təmas xəttində - Staromaryevka kəndi ərazisində Ukrayna Silahlı Qüvvələrinin mövqelərinin dəyişməməsi barədə bəyanatları ATƏT-in Xüsusi Monitorinqinin faktları və müşahidələri ilə təsdiqlənmir.

O söyləyib ki, Rusiya ATƏT-in Ukrayna hərbçilərinin Staromaryevkada olması ilə bağlı faktları tezliklə müəyyən edəcəyini gözləyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru