Moskvaya bağlılıq Ermənistanı çox ağır duruma salıb - FAKT BUDUR!

5-11-2021, 09:58           
Moskvaya bağlılıq Ermənistanı çox ağır duruma salıb - FAKT BUDUR!
"Koronavirusa yoluxan xəstələrin sayı çoxdur, hospitalda yer yoxdur, Ermənistanın səhiyyə sistemi çox yüklənib". Bu fikirləri Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin noyabrın 4-də keçirilən iclasında bildirib. “Koronavirusdan hər gün çoxlu sayda insan ölür. Biz hər gün çoxsaylı faciələr qeydə alırıq. Bütün bunlardan xilas olmağın yeganə yolu vaksinasiyadır”, - o vurğulayıb. N.Paşinyan deyib ki, gələn həftədən Ermənistanda COVİD-19-a yoluxanların sayında azalma müşahidə olunacaq.

Mövzu ilə bağlı politoloq Əhəd Məmmədli "Şərq"ə açıqlamasında bildirib ki, Ermənistanın bu cür duruma düşməsi ölkənin nə qədər iqtisadi, sosial vəziyyətinin aşağı olmasının göstəricisidir. Politoloq qeyd edib ki, 30 ildə Ermənistan müstəqilliyini bərpa etdi və müstəqillikdən demək olar ki, heç nə qazana bilmədi, sadəcə itirə-itirə getdi:

"Zənn edirdilər ki, Qarabağ müharibəsində qazanıblar. Sonra məlum oldu ki, onu da itirdilər. Ermənistanın səhv siyasəti, Rusiyaya bağlılığı, Rusiyanın protaktına çevrilməsi Ermənistanı bu günə qoydu. Ümumiyyətlə, tarix boyu MDB-nin ən kasıb ölkələri Rusiya ilə müttəfiqdir: Tacikistan, Qırğızıstan, Ermənistan, sanksiyalar içində olan Belarus. Rusiya ilə olmaq ölkənin iqtisadi-sosial durumunun tənəzzülə uğraması deməkdir. Bu həm də başqa ölkələr üçün də bir nümunə olmalıdır. Özünü bu hala salan ölkələr də dərs çıxarmalıdırlar".

Ə.Məmmədli əlavə edib ki, Ermənistanın yeganə çıxış yolu Rusiyadan qopmaqdır:

"Rusiyadan qopmayana qədər Ermənistan bu vəziyyətdə qalacaq. Fərq etməz hakimiyyətdə kim olacaq. Ümumiyyətlə, Ermənistan bu düşdüyü tənəzzüldən çıxa bilməyəcək".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.