Rusiya “sülhməramlıları” Ağdamın kəndlərindəki ermənilərə uşaq bağçası açır... - ZİBİLƏ DÜŞMÜŞÜK...

5-11-2021, 09:49           
Rusiya “sülhməramlıları” Ağdamın kəndlərindəki ermənilərə uşaq bağçası açır... - ZİBİLƏ DÜŞMÜŞÜK...
“Rusiya sülhməramlılarının köməyi ilə Dağlıq Qarabağdakı iki kənddə 40 yerlik yeni uşaq bağçası açılacaq”.
Moderator.az xəbər verir ki, bu cümlə Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında bu gün – noyabrın 5-i Bakı vaxtı ilə saat 06:00-da yayılmış məlumatdandır...

Göründüyü kimi, artıq bir ilə yaxındır rəsmən "sülhməramlı" adı altında Azərbaycan torpaqlarında yerləşən Rusiya hərbi kontingenti öz missiyasından kənar işlər görməkdə davam edir. İlk nəzərə çarpan inzibati-hüquqi cəhətdən Ağdam rayonunun ərazisinə daxil olan Sırxavənd və "Kiçan" adlandırılmış Ballıqaya kəndlərinin “Dağlıq Qarabağın kəndləri” kimi təqdim edilməsidir...

“Rusiya sülhməramlıları xeyriyyəçilərlə birlikdə Dağlıq Qarabağın Mardakert rayonunun Sırxavənd və Kiçan iki kəndində aztəminatlı uşaqlı ailələr üçün 40 yerlik yeni uşaq bağçasının yerləşdirilməsi ilə bağlı sosial məsələni həll etməyə başlayıblar”- bunu Rusiya MN-in Xankəndində qanunsuz olaraq yaratdığı humanitar reaksiya mərkəzinin nümayəndəsi Ruslan İvanov söyləyib.

“Bağçada yerli əhali üçün yeni iş yerləri açılacaq. Əməkdaşlar müsabiqə əsasında işə götürüləcək”. Sözügedən xəbərdəki bu cümlələrdən isə belə çıxır ki, Qarabağdakı ermənilərin işə götürülməsi, işdən çıxarılması prosedurlarını da artıq Rusiya hərbi birləşməsi öz üzərinə götürüb...

“Kiçanda uşaq bağçası yoxdur, biz Rusiya sülhməramlı kontingenti və “Mersi” xeyriyyə təşkilatı ilə birlikdə 40-a yaxın uşaq üçün uşaq bağçası tikəcəyik" - bunu isə“Mersi” xeyriyyə təşkilatları assosiasiyasının nümayəndəsi Artur Balasanyan söyləyib...

Xatırladaq ki, bundan əvvəl də Rusiya hərbi kontingenti dəfələrlə Azərbaycana məxsus “münaqişədən zərər çəkmiş” Qarabağ yaşayış məntəqələrində bir sıra təmir-tikinti işlərinə qeyri-qanuni olaraq müdaxilə edib. Məsələn, kontingent tərəfindən Xocalı şəhərindəki qanunsuz məskunlaşmış errməni uşaqlarının təhsil aldığı məktəbin təmirinə, Xocavənd və Ağdərə şəhərlərindəki rayon xəstəxanalarının bərpasına köməklik göstərilib...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.